Yuxarı

Bakıda yüksək vəzifədə çalışmış qadın həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yüksək vəzifədə çalışmış qadın həbs edildi

Bakı şəhəri İcra Hakimiyyətinin Ümumi şöbənin böyük mütəxəssisi vəzifəsində çalışmış Hökümə Əliyevə həbs edilib.

Axar.az xəbər verir ki, H.Əliyeva barəsində X.Əyyubzadə adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.

O bildirib ki, 2019-cu ildə H.Əliyeva onu Milli Məclisdə mütəxəssis vəzifəsinə düzəldəcəyini vəd edərək 55 min manat alıb. H.Əliyeva ona aylıq 2500 manata yaxın maaş alacağını deyib.

Lakin H.Əliyeva verdiyi vədə əməl etməyib.

O bildirib ki, pulu Hikmət adlı başqa məmura verib və geri ala bilmir.

Araşdırmalar zamanı X.Əyyubzadə ilə H.Əliyevanı Sumqayıt şəhər 15 saylı orta məktəbin müəllimi olan qadının tanış etməsi də məlum olub. Həmin qadın X.Əyyubzadədən alınan pulun 10 min manatını özünə götürüb. Qalan 45 min manat isə Höküməyə çatıb.

Faktla bağlı cinayət işinin başlanmasından sonra həmin şəxs özündə saxladığı 10 min manatı geri qaytarıb.

Qeyd edək ki, H.Əliyeva 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki vəzifəsindən azad edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində H.Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi bu ilin sentyabrında başa çatıb.

O, 5 il həbs cəzasına məhkum edilib.

Tarix
2023.09.18 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla