Yuxarı

Naxçıvan İH-də yoxlama: 5,3 milyonluq mənimsəmə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan İH-də yoxlama: 5,3 milyonluq mənimsəmə...

Naxçıvan Şəhər İcra Hakimiyyətində yoxlamalar başa çatdırılıb.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti və onun tabeli təşkilatları üzrə dövlət vəsaitinin istifadəsinin auditi aparılıb. Audit 2021-2022-ci illəri əhatə etmiş və uyğunluq auditi formasında həyata keçirilib.

Nəzarət tədbiri nəticəsində 1.792.167 manat məbləğində artıq və qanunsuz əməkhaqqı ödənilməsi, 564.407 manat məbləğində mal alışının əmtəəsiz sənədləşdirilməsi, 2.955.000 manat məbləğində vətəndaşlardan vəsaitin qanunsuz tələb edilməsi halları müəyyən edilib.

Auditlə, həmçinin İcra Hakimiyyətinin tabeli qurumlarında küçələrin işıqlandırılması xərclərinin sayğac göstəricilərinə uyğun aparılmadığı, istehsalçılara satılmış suyun faktiki həcminin rəsmiləşdirilmiş göstəricidən nəzərəçarpacaq dərəcədə az olduğu, malların baha qiymətə rəsmiləşdirildiyi, dövlət əmlakından qanunsuz istifadə edildiyi və büdcəyə çatacaq vergilərin ödənilmədiyi də aşkar olunub.

Müəyyən olunmuş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal edilməsi nəzərə alınaraq Hesablama Palatasının Kollegiyası tərəfindən auditin nəticələrinə dair müvafiq materialların hüquq mühafizə orqanlarına göndərilməsi qərara alınıb.

Tarix
2023.09.18 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla