Yuxarı

Salyan polisindən əməliyyat: saxlanılan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salyan polisindən əməliyyat: saxlanılan var

Salyan rayon sakinindən narkotik və avtomat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və qanunsuz odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Yadulla Məmmədov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik vasitə - marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində Y.Məmmədovun yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan 1 ədəd "AKMS" markalı avtomat, 1 ədəd daraq və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Tarix
2023.09.18 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla