Yuxarı

Qeyri-sabit hava şəraiti nəticəsini göstərdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın əsas yollarında qarın fəsadlarının aradan qaldırılmasına çalışsalar da, deyəsən digər yerlər yaddan çıxıb. Qarın yaratdığı problemləri görmək üçün şəhərdən bir az kənara çıxmaq kifayətdir. Hərəkəti məhdudlaşdıran qarın güclü yağmasıdırsa, digər tərəfdən yolların buz bağlamasıdır.

Buz bağlamış yollarda hərəkəti bərpa etmək üçün qar səpən maşınları da görmək mümkün idi. Amma bu da yaranmış problem qarşısında aciz görünürdü.

Yolların buz bağlaması addımbaşı qəzalara səbəb olub. Çarəsiz qalan sürücülərin deyəsən, yeganə çıxış yolu isə avtomobili hadisə yerində qoyub getmək olub. Burada sürücülərin də səhlənkarlığını nəzərə almaq lazımdır. Çünki dəfələrlə bu cür hava şəraitində Bakı Şəhər Dövlət Yol Polisi sürücülərə evdən çıxarkən təhlükəsizlik qaydalarına riayət etməyi və ya şəxsi avtomobildən istifadə etməməyi məsləhət görür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə kəskin hava şəraitinin hökm sürməsi ilə əlaqədar paytaxtın 5 yerində müvəqqəti sığınacaqlar təşkil edib. Bu sığınacaqlar yalnız kimsəsizlər, imkansızlar üçün deyil, soyuqdan əziyyət çəkən istənilən vətəndaş bura üz tuta bilər.

Deyəsən qarlı havanın gətirdiyi problemlərdən yeganə əziyyət çəkməyən balacalardır. Hər şeydən bixəbər olan uşaqlar küləyə və güclü qara baxmayaraq qar topu oynamağa davam edirlər.

Qeyd edək ki, qarlı şaxtalı hava şəraiti isə hələ bir neçə gün davam edəcək. Ümid edək ki, yağan qarın sevincini təkcə uşaqlar yox, böyüklər də duya biləcək. (ANS)

Tarix
2014.01.31 / 22:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla