Yuxarı

Ukrayna mediası ermənilərin mina terrorundan yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna mediası ermənilərin mina terrorundan yazdı

Ukraynanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan ərazilərində ermənilərin mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislərin və mülki şəxslərin həlak olması barədə materiallar dərc edib.

Axar.az xəbər verir ki, “Ukrinform” dövlət informasiya agentliyi, “Korespondent”, “PolitDumka” və digər xəbər portallarında yayılan məqalələrdə azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, terror aktı ilə əlaqədar Azərbaycan təhlükəsizlik orqanları araşdırmaya başlayıb.

Həmçinin vurğulanır ki, İkinci Qarabağ müharibəsindən sonra basdırılan minaların partlaması nəticəsində həlak olanların ümumi sayı 61 nəfərə çatıb. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş ərazilərin minalardan təmizlənməsinin 30 ilə yaxın davam edəcəyini və 25 milyard dollara başa gələcəyini açıqlayıb.

Tarix
2023.09.19 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla