Yuxarı

Hansı hallarda vergi orqanı bazar qiyməti tətbiq edə bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı hallarda vergi orqanı bazar qiyməti tətbiq edə bilər?

Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması qaydaları hansı hallarda həyata keçirilə bilər?

Axar.az xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, bu qayda barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda və təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə mümkündür:

“Məsələn, vergi orqanının qərarına uyğun olaraq, idxal zamanı malların dəyəri bazar qiymətlərinə əsasən müəyyən edilə bilər. Bu zaman ödənilən və büdcədən əvəzləşdirilən ƏDV məbləği də məhz həmin dəyərdən hesablanacaq. Sonrakı mərhələdə, yəni respublika ərazisində satış zamanı hesablanmalı olan vergi məbləği də həmin gömrük dəyərindən aşağı olmayan dəyərdən hesablanır. Bu zaman gömrük orqanı qanunvericilikdə nəzərdə tutulmuş metodla, vergi orqanı isə mütəxəssis, ekspert dəvət etməklə vergiləri bazar qiymətlərini tətbiq etməklə hesablamaq hüququna malikdir”.

Ekspert qeyd edib ki, təsisçisi eyni olan hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri olmaqla, vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında icra olunduqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Tarix
2023.09.23 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla