Yuxarı

Bakıda poçt şöbəsi qarət edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda poçt şöbəsi qarət edildi

Bakının Xətai rayonunda poçt şöbəsi qarət edilib.

Hadisə Əhmədli kəndi, Şahin Səmədov küçəsində qeydə alınıb. Oğrular "Azərpoçt" MMC-nin 3 saylı filialının 32 saylı poçt şöbəsini qarət ediblər.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, oğrular 32 saylı poçt şöbəsinə binanın yan tərəfindən daxil olublar. Pəncərə önündəki dəmir qoruyucuları kəsən oğrular içəri daxil olduqdan sonra 110 manat, 200 dollar və poçt markalarını aparıblar. Eyni zamanda onlar oğurluq əməlini törədən zaman poçtun siqnalizasiya sisteminin kabelini kəsərək sıradan çıxarıblar.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Ərazi mühafizəyə götürülüb. Daha sonra barmaq izləri müəyyən olunaraq qeyd edilib. Məlumat üçün qeyd edək ki, ərazidə heç bir müşahidə kamerası yoxdur.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.01.10 / 23:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla