Yuxarı

BMT rəsmiləri bu tarixdə Qarabağa gələcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT rəsmiləri bu tarixdə Qarabağa gələcək

Qarabağa səfər Azərbaycan hökumətinin dəvəti ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında həftəsonu baş tutacaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında deyib.

Sözçü bildirib ki, missiyaya BMT Humanitar Məsələlər üzrə Koordinasiya ofisinin yüksək vəzifəli əməkdaşı Rameç Rajasinqam və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva rəhbərlik edəcək. OSHA-nın texniki qrupu (Əməyin Təhlükəsizliyi və Sağlamlığı və Risklərin İdarə Edilməsi) və BMT agentliklərinin nümayəndəsi də missiyanın bir hissəsi olacaq.

S.Düjarrik Azərbaycan tərəfinin etnik ermənilərin hüquqlarına hörmətlə yanaşdığını, bölgədə beynəlxalq insan hüquqlarının bərpa olunmasının tərəfdarı olduğunu vurğulayıb:

"Missiya Azərbaycan ərazilərindən bölgəyə daxil olacaq. Komanda yerdəki vəziyyəti qiymətləndirməyə və hər iki tərəfdə insanların humanitar ehtiyaclarını müəyyən etməyə çalışacaq. Bəzi qarışıq siyasi məsələlər səbəbi ilə BMT 30 ildir bölgədə deyildi və belə bir ziyarət ilk dəfə təşkil olunacaq. Missiya təxminən 10 gündən az olmamaqla bölgədə fəaliyyət göstərəcək".

Tarix
2023.09.29 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla