Yuxarı

Əmirbəyov: Ermənilərin evlərini tərk etməməsi üçün...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmirbəyov: Ermənilərin evlərini tərk etməməsi üçün...

Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayırlar.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibəsində bildirib.

Aparıcının “Siz effektiv şəkildə izah edirsiniz ki, Qarabağda yaşayan ermənilər getməkdə və qalmaqda sərbəstdirlər... Niyə onların hamısı getməyi seçiblər” sualına cavabında Elçin Əmirbəyov deyib:

“Bəli, bu, çox yaxşı sualdır. Ona görə ki, biz, Azərbaycan hökuməti olaraq antiterror tədbirləri başlayandan bəri mülki əhaliyə elan etmişdik ki, onlar bu hərbi tədbirlərin hədəfi deyillər. Əksinə, çalışıldı ki, onlar qalmaqlarına əmin edilsinlər. Bilmirəm. Ola bilər ki, qeyri-qanuni separatçı qurum bütün silah-sursatı təhvil verdikdən sonra mülki əhali öz təhlükəsizliyindən çox əmin olmadı. Hətta bir həftədən bəri onların yerlərini tərk etməmələri üçün çox cəhdlər olmuşdu. Onlara lazımi humanitar yardımlar göstərilmişdi. Dərman preparatları, ambulanslar, digər ləvazimatlar göndərilmişdi. Elektrik verilişi bərpa edilmişdi. Radio və televiziyalar vasitəsi ilə də analoji çağırışlar edilmişdi ki, həmin əhali arasında panika olmasın. Bu həqiqətdir ki, evlərini tərk etmək qərarı onların özlərinin şəxsi və könüllü qərarıdır. Biz bundan təəssüf hissi keçiririk. Bir daha deyilir ki, əlbəttə, bu insanlar öz evlərinə qayıtmaq hüququnu özlərində saxlayırlar”.

Tarix
2023.10.03 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla