Yuxarı

Masallıda silahlı basqınçı tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda yanacaqdoldurma məntəqələrinə silahlı basqın edən şəxs tutulub.

Masallı rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Elçin Fərəcov APA-ya verilən məlumata görə, yanvarın 14-də rayonun Sərçuvar kəndində Bayram Məmmədova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın olması barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında dərhal əməliyyat qrupu yaradılıb və həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində hadisəni törədən rayonun Çaxırlı kənd sakini, 1992-ci il təvəllüdlü Cəlal İlqar oğlu Cəlalzadə tutulub.

Araşdırmalar zamanı müəyyən edilib ki, adıçəkilən şəxs ötən ilin dekabrında elə həmin yanacaqdoldurma məntəqəsinə basqın edərək oradan 700 manat pul aparıb.

Bundan başqa, C. Cəlalzadə yanvarın 4-də rayonun Musaküçə kəndində yerləşən, Cəmaləddin Heydərova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın edərək 300 manat pul aparıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Tarix
2016.01.14 / 13:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla