Yuxarı

Azərbaycanlı milis zabiti itkin düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı milis zabiti itkin düşdü

Ukraynada azərbaycanlı biznesmen, keçmiş milis polkovnik-leytenantı Cavadov Cavad İsgəndər oğlu itkin düşüb.

Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, əvvəllər vilayətin Rubejnoye şəhərində yaşamış Ukrayna vətəndaşı, 1968-ci il təvəllüdlü C.Cavadov bu həftənin birinci günü yoxa çıxıb və onunla əlaqə yaratmaq mümkün olmayıb.

C.Cavadov ölkənin şərqində müharibə başladıqdan sonra biznesini Kiyev vilayətinə köçürüb və bir müddət İrpen şəhərində yaşayıb. Son günlər isə Luqansk vilayətində vəziyyətin nisbətən sakitləşdiyini görüb, işi ilə əlaqədar oraya gedib-gəlirmiş. Vilayətə son gedişi ötən həftənin bazar günü olub və bu həftənin birinci günü onunla əlaqə kəsilib. Ukraynanın hüquq-mühafizə orqanları axtarışa başlayıb. C.Cavadov uzun müddət Ukraynanın Xarkov, Donetsk, Luqansk vilayətlərində milis orqanlarında çalışıb və 2008-ci ildən öz ərizəsi ilə ehtiyata buraxıldıqdan sonra şəxsi biznesi ilə məşğul olub.

Tarix
2016.01.16 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla