Yuxarı

2015-in sevimli markaları seçildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2015-in sevimli markaları seçildi - Foto

Elektron Ticarət İcması (ETİ) növbəti araşdırmasını reallaşdırıb.

Axar.az xəbər verir ki, ETİ-nin budəfəki araşdırmasının məqsədi 2015-ci ilin sevimli brendlərini müəyyənləşdirmək olub.

İştirakçılar və mütəxəssislər ilin Bankı, GSM operatoru, avtomobil markası, geyim mağazası, supermarketlər şəbəkəsi və digər nominasiyalar üzrə öz seçimlərini ediblər.

ETİ-nin rəhbəri Rəşad Camal açıqlamasında bildirib ki, sorğunun keçirilməsinə səbəb Azərbaycanda bu yöndə informasiya qıtlığının olmasıdır: "Azərbaycanda bu tip araşdırmalar və sorğular az olub. Biz Elektron Ticarət İcması olaraq belə sorğuları bundan sonra daha intensiv keçirməyə çalışacağıq. Gələcəkdə keçirilən sorğuların nəticələri haqqında da detallı məlumatlar hazırlanacaq. Bu araşdırmalar hamı üçün açıq olacaq və nəticələri mediaya təqdim olunacaq. Düşünürük ki, bu tip məlumatlar marketoloqlar, menecerlər və iş adamları üçün data rolunu oynayacaq və onlar bu kimi araşdırmaların nəticələrindən gələcək planlarında istifadə edəcəklər".

Qeyd edək ki, sorğu 25 nominasiya üzrə keçirilib. Sorğuda 150 mütəxəssis də iştirak edib.

Tarix
2016.01.18 / 13:37
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla