Yuxarı

Bakıda ingilis ərin döyülməsinin - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda əcnəbi ərin sevgilisi tərəfindən döyülməsinə səbəb qısqanclıq olub.

Axar.az-ın əməkdaşı faktla bağlı araşdırma aparıb və BP şirkətində mühəndis işləyən Böyük Britaniya vətəndaşı haqda məlumat əldə edib.

Müxbirimiz britaniyalı Harrison Devid Corcun yaşadığı ünvana baş çəkib. Onun şəhərin Mirzə Fətəli-117 ünvanında (Sovetski) Bakı sakini, 1972-ci il təvəllüdlü Gülcamal Vareham Ağasəf qızı ilə qeyri-rəsmi nikahda yaşadığı məlum olub. Harrison Gülcamalla bu ünvanda kirayədə qalıb və artıq köçüblər.

Qadının Harrisondan əvvəlki həyat yoldaşı da britaniyalı olub və ondan bir övladı var. Qonşuların sözlərinə görə, onların münasibətlərindən kimsə xəbər tutmayıb.

"Məhlədə hündürboylu, sarışın, dazbaş, saqqallı bir kişini gəzişəndə görmüşük. Hardasa 60-dan yuxarı yaşı olar. Ancaq bilmirdik ki, kirayədə yaşayır. Sonra eşitdik ki, köçüblər. Sovetskidə tək-tük hallarda xarici yaşayıb", - deyə qonşulardan biri bildirib.

Artıq Harrison döyülməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə müraciət edib. PB-nin baş təhqiqatçısı Müşfiq Cəbrayılov Axar.az-a bildirib ki, hər iki tərəf döyülməsi ilə bağlı polisə şikayət ərizəsi yazıb. Onun sözlərinə görə, qadının ərini qısqanması mübahisəyə gətirib çıxarıb və biri-birini vurublar. Hazırda hər iki şikayət üzrə araşdırma aparılır.

Tarix
2016.01.18 / 18:43
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla