Yuxarı

Peşə məktəbləri və kolleclərin sayı azaldılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peşə məktəbləri və kolleclərin sayı azaldılır

Azərbaycan Təhsil Nazirliyi orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı təkliflər hazırlayır.

Bunu Trend-ə Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, təhsil müəssisələrinin rasionallaşdırılması ilə bağlı məsələ "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda da qarşıya qoyulub: "Biz artıq orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması istiqamətində bir sıra işlər görmüşük, bu sahədə işçi qrup yaradılıb. Hazırda rasionallaşdırma ilə bağlı müvafiq təkliflər hazırlanır".

R.Orucov əlavə edib ki, yeni təkliflər ilk növbədə orta ixtisas və ilk peşə təhsili müəssisələrinin sayının azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, regionların inkişafının təmin edilməsi üçün həmin müəssisələrin profilləşdirilməsi də təklif ediləcək. Profilləşdirmə zamanı ilk növbədə regionların inkişafı, hansı ixtisaslara daha çox ehtiyacın olması əsas meyar kimi götürüləcək.

Qeyd edək ki, Azərbaycanda 113 ilk peşə təhsili müəssisəsi (25 mindən çox şagird təhsil alır), 61 orta ixtisas təhsili müəssisəsi (60 min nəfərdən çox tələbə təhsil alır) fəaliyyət göstərir.

Tarix
2016.01.21 / 09:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla