Yuxarı

BDU-da ödənişlər ləğv edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDU-da ödənişlər ləğv edildi - Foto

Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının bu gün keçirilən iclasında 2016-cı ilin fevral ayından başlayaraq normativ təhsil müddətində alt qruplarda (yay məktəbi istisna olmaqla) oturan tələbələrin əlavə kreditlər üzrə təhsil haqqının BDU-nun daxili imkanları hesabına ödənilməsi məsələsi geniş müzakirə edilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Axar.az-a verilən məlumata görə, müzakirələr zamanı çıxış edən alimlər Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin bütün qurumların daha da səmərəli işləməsi, təşəbbüskarlığı, insanlar üçün bütün şəraiti yaratması haqda olan tapşırıqlarını əsas götürüblər.

Sonda Elmi Şura üzvləri alt qruplarda təhsil alan tələbələrin ödənişdən azad olunması barədə yekdil qərar qəbul ediblər.

Tarix
2016.01.21 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla