Yuxarı

Azərbaycanda məmur oğlu özünü asdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda məmur oğlu özünü asdı

Ağdaşda intihar hadisəsi baş verib. Vəzifəli şəxsin oğlu özünü asıb.

Ağdaş Rayon Prokurorluğundan ANS-ə verilən məlumata görə, rayonun Qolqəti kənd sakini 1986-cı il təvəllüdlü Taleh Nizami oğlu Allahverdiyev özünü yaşadığı evin həyətindəki çardaqdan özünü kəndirlə asıb. Asılı meyiti səhər saatlarında onun valideynləri aşkar ediblər. Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib, araşdırmalar davam etdirilir.

Prokuroluqdan bildirdilər ki, ilkin ehtimala əsasən 30 yaşlı kişinin intihar etməsinə səbəb onun uzun müddət işsiz qalması ilə bağlıdır. Yaxınlarının sözlərinə görə, Taleh uzun müddətdir ki, işsizlikdən şikayətlənirmiş.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Dünyasını dəyişən Taleh Allahverdiyev 2 uşaq atası olub və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran regional şöbəsinin müdiri Nizami Allahverdiyevin oğludur.

Tarix
2016.01.22 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla