Yuxarı

Bakıda tələbə qız binadan yıxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda tələbə qız binadan yıxıldı

Bakıda bədbəxt hadisə baş verib. 20 yaşlı qız binanın 4-cü mərtəbəsindən yerə yıxılıb.

Hüquq-mühafizə orqanlarından ANS-ə verilən məlumata görə, hadisə Nizami rayonu ərazisində, Qara Qarayev metrostansiyasının yaxınlığındakı yaşayış binalarından birində qeydə alınıb.

Şəhər sakini 1996-cı il təvəllüdlü Ülkər Aqil qızı Məmmədli yaşadığı evin eyvanından paltar asarkən qəfildən binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan Ülkər Məmmədli dərhal 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan qızın vəziyyətinin ağır olduğunu bildirdilər. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məlumata görə, binadan yıxılan qız Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsidir.

Tarix
2016.01.23 / 16:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla