Yuxarı

Azad edilən ərazilərdə 2 qızıl yatağı var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad edilən ərazilərdə 2 qızıl yatağı var

Mütəxəsisslərimiz bu ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirlərindən sonra nəzarətimizin bərpa olunduğu ərazilərdə mövcud mineral xammal ehtiyatlarının qiymətləndirilməsi, dəymiş ziyanın təftişi ilə bağlı işlərə başlayıblar.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, qısa zamanda bu işlər başa çatdırılacaq.

"Qarabağ və ətraf ərazilərdə 167 faydalı qazıntı yatağı var. 143 faydalı qazıntı yatağı 2020-ci ildə keçirilən əks-hücum əməliyyatları nəticəsində azad edilmişdi. Sonuncu dəfə keçirilən antiterror tədbirlərindən sonra isə 23 yatağa nəzarətimiz bərpa edildi. Həmin ərazilərdə qızıl, mis, qaz-kömür, mərmər, mərmərlənmiş əhəng kimi digər spektrli yataqlar var.

Son antiteror əməliyyatından sonra əsas lövbər yataqlardan olan "Qızılbulaq", "Dəmirli" və "Çardaxlı" yataqları artıq nəzarətimizdədir. Belə ki, "Qızılbulaq" tamamilə qızıl, "Dəmirli" qızıl və mis, "Çardaxlı" isə kömür yatağıdır. Bunlardan başqa da nəzarətimizə keçən ərazilərdə faydalı yataqlarımız var", - deyə sədr qeyd edib.

Tarix
2023.11.20 / 15:51
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla