Yuxarı

Azərbaycan XİN və MN brifinq keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan XİN və MN brifinq keçirdi - Video

16:18

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində antiterror tədbirlərindən sonra Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və planlaşdırdığı növbəti hərbi cinayətlərə dair Qarabağda aşkar edilmiş yeni faktlarla bağlı Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin birgə mətbuat brifinqi keçirilib.

Axar.az xəbər verir ki, brifinqdə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus, hərbi attaşelər, habelə yerli və beynəlxalq media nümayəndələri iştirak ediblər.

Brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə və Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi Anar Eyvazov çıxış ediblər.

Çıxışlar zamanı həm Ermənistanın ərazilərimizi işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində, həm də post-münaqişə dövründə beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycan ərazilərində sülh və təhlükəsizliyə hədə törədən Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, həmçinin mina təhdidinə cəlb edildiyi xatırlanıb. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən bölgədə aparılan işlər nəticəsində ərazilərimizdə 10 000-dən çox piyada əleyhinə mina, 3 000-dən çox tank əleyhinə və 12 000-dək partlamamış döyüş sursatının aşkarlandığı və neytrallaşdırıldığı bildirilib.

Azərbaycan ərazilərində silah-sursatın yenidən modifikasiyası və xarici ölkələrə ötürülməsi kimi qeyri-qanuni fəaliyyət həyata keçirildiyi diqqətə çatdırılıb. Ermənistanın post-münaqişə dövründə də Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinə qədər silah və texnikanı, yeni istehsal olunmuş minaları ərazilərimizə ötürməkdə davam etdiyi qeyd olunub. Bununla bölgədəki mülki obyektlərə, hətta təyyarələrin təhlükəsizliyinə, habelə aparılan genişmiqyaslı yenidənqurma fəaliyyətinə hədə törədildiyi vurğulanıb.

Cari ilin 19-20 sentyabr tarixlərində 24 saatdan az müddətdə keçirilən antiterror tədbirlərindən sonra bölgədə mina təmizləmə fəaliyyəti, habelə kommunikasiya xətlərinin və yeni təchizat yollarının bərpası məqsədilə Müdafiə Nazirliyinin digər aidiyyəti qurumlarla apardığı fəaliyyətin ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasını bir daha göstərdiyi vurğulanıb. Aparılan işlər nəticəsində ərazilərimizdə böyük bir hissəsi mülki infrastrukturlarda yerləşdirilən hərbi maşınlar, müxtəlif çaplı silahlar və sursatların aşkarlandığı bildirilib. Xüsusilə, “Kornet” və “Faqot” tank əleyhinə idarə olunan raket sistemlərinin, 2021-ci il istehsalı olan TOS-1A tipli reaktiv yaylım atəşi sistemlərinin raketlərinin aşkarlandığı qeyd olunub. Bununla yanaşı, son 30 il ərzində Ermənistanın Xankəndidə hərbi texnika və dronların modifikasiyası ilə məşğul olan hərbi istehsalat mərkəzində apardığı fəaliyyət barədə məlumat verilib.

Həmçinin bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub. Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirdiyi təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların əks olunduğu videolar nümayiş etdirilib.

Brifinqə qatılan şəxslər antiterror tədbirlərindən sonra ərazidən müsadirə edilmiş modifikasiya olunmuş silahlar, dronlar, 2021-ci il istehsalı olan sursatlar və minaların nümunələri ilə tanış olublar.

Tarix
2023.11.20 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Overçuk Zəngilanda səfərdədir: Mühüm iclas keçirildi - Foto

Sahibə Qafarova Matviyenko ilə görüşdü: AZAL təyyarəsi...

Simonyanla Qafarova ayaqüstü görüşdü - Foto

Rusiyalı iş adamlarının Qarabağda quruculuqda iştirakı...

Azərbaycan Rusiya ilə sənədlər imzaladı

Ermənistandan 960 dollara nə almışıq? - İrəvan təkzib etdi

Kremldən AZAL təyyarəsi ilə bağlı açıqlama

Mustafayevdən Rusiya açıqlaması

Prezident və xanımı Türkiyədə səfərdədir - Foto

Azərbaycandan Ermənistana yüklərin daşınması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla