Yuxarı

Market və apteklərdə qiymətlər ucuzlaşacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Market və apteklərdə qiymətlər ucuzlaşacaq?

Mərkəzi Bank tərəfindən bir sıra “interchange” tariflər üzrə yuxarı hədlərin müəyyənləşməsi sahibkarların xərclərinin azaldılması məqsədi daşıyır.

Axar.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, eyni zamanda burada əsas məqsədlərdən biri də banklar tərəfindən təklif edilən xidmətlər üzrə xərclərin azaldılması və buna uyğun olaraq əlçatanlığın genişləndirilməsindən ibarətdir.

“Ona görə də hesab edirəm ki, bu istiqamətdə tariflərin azaldılması, eyni zamanda həmin sahibkarların, ərzaq və dərman satan obyektlərin xərclərinin azalmasına gətirib çıxaracaq. Gözləntilər ondan ibarətdir ki, xərclərin azalması həmin məhsulların daha ucuz qiymətə təklif edilməsinə səbəb ola bilər”, – deyə o, qeyd edib.

Qeyd edək ki, AMB "interchange" tariflərinin yuxarı-orta həddini müəyyən edib. Bu hədd orta hesabla 36% azaldılıb. Xüsusilə bu hədd həssas xidmət növləri olan ərzaq mağazaları, apteklər üzrə üzrə 33%, yanacaq doldurma məntəqələrində 55%, digər proqramlar üzrə isə 22% azaldılıb.

Tarix
2023.11.21 / 01:24
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla