Yuxarı

MN rəhbərliyi məşhur generalı andı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 24-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinin anma mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Şəhidlər xiyabanında cəsur sərkərdə Həzi Aslanovun abidə-kompleksi önündə keçirilən tədbirdə Müdafiə Nazirliyinin rəhbər şəxsləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Həzi Aslanovun abidə-kompleksi önünə əklil və gül dəstələri qoyulub, generalın xatirəsi hörmət və ehtiramla yad edilib.

Anma mərasimində qəhrəman haqqında kitabların müəllifi, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani onun mənalı həyat və şərəfli döyüş yolundan danışaraq qeyd edib ki, Həzi Aslanov Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdəndir. Həzi Aslanov 34 yaşında Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülüb. Onun adı qəhrəmanlıq simvoluna çevrilib. Xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar verib. Bu diqqət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilir.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək vurğulayıb ki, Azərbaycan xalqının qəhrəman övladı, Böyük Vətən müharibəsinin iştirakçılarından olan Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu hər bir vətəndaş üçün nümunədir. O, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun salamlarını Həzi Aslanovun ailə üzvlərinə çatdıraraq Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin təbliğ olunması məqsədilə keçirilən tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Respublika Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayev, tədqiqatçı-jurnalist, professor Musa Bağırov və digər çıxış edənlər də qəhrəmanın həyat və döyüş yolundan söhbət açıblar.

Bildirilib ki, 1941-ci ilin iyununda müharibənin od-alovları içərisinə atılan qəhrəman həmyerlimiz komandanlıq etdiyi tank briqadası ilə birlikdə Donbas, Moskva, Xarkov, Stalinqrad, Taqanrok, Kursk və daha neçə-neçə şəhərin faşizmdən azad olunmasında fəal iştirak edib. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Həzi Aslanovun, eləcə də Azərbaycan övladlarının tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəsil üçün vətənpərvərlik nümunəsi olacaq. Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olan Həzi Aslanovun adı həmişə qədirbilən xalqımız və dövlətimiz tərəfindən əziz tutulub.

Sonra generalın nəvəsi, polis general-mayoru Həzi Aslanov ailə üzvləri adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Tarix
2016.01.24 / 12:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla