Ana səhifə Toplum |
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət
iştirakçılarını, xüsusilə sürücüləri respublikada hava şəraitinin
pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə
çağırıb.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
APA-ya bildirib ki,
respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti
ilə əlaqədar yolların buz bağlaması ehtimalı var və sürücülər buna
hazır olmalıdır: "Texniki cəhətdən nasaz olan, əsasən? şinlərinin
zehləri yeyilmiş avtomobillərin sürücülərindən, eləcə də təcrübəsi
az olan sürücülərdən xahiş olunur ki, qarlı-çovğunlu günlərdə
nəqliyyat vasitələrindən mümkün qədər istifadə etməsinlər. Buzlu
yolda hərəkət edərkən yola çıxmazdan əvvəl avtomobilin əyləc və
sükan sistemlərini, təkərlərin vəziyyətini yoxlasınlar.
Sürücülərdən tələb olunur ki, hərəkət sürətini, digər
avtomobillərlə ara məsafəsini yol örtüyündən və hava şəraitindən
asılı olaraq düzgün seçsinlər".
K. Əliyev qeyd edib ki, hazırda magistral yollarda qar olsa da,
bu, nəqliyyatın hərəkətində məhdudiyyət yaratmayıb: "Respublikanın
bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün
açıqdır".
K. Əliyev bildirib ki, istirahət günləri (şənbə-bazar) respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölümlə nəticələnən qəzaların hər ikisi piyada vurma ilə bağlı olub. Onlardan biri Bakı şəhəri, digəri isə Bərdə rayonunda baş verib.
Tarix
2016.01.25 / 09:56
|
Müəllif
Axar.az
|