Yuxarı

Yeni ildə qiymətlər bahalaşacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni ildə qiymətlər bahalaşacaq?

Qarşıdan Yeni il bayramı gəlir. Bayram ərəfəsində Azərbaycanda ərzaq məhsullarının qiymət artımı “ənənəvi” xarakter alıb. Satıcılar fürsətdən istifadə edərək qiymətləri süni şəkildə qaldırır, daha çox pul qazanmağa çalışırlar.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bayramlar ərəfəsində qiymətlərin qalxmasının hər birimizdə təəssüf doğurduğunu, ancaq bunun da müəyyən səbəbləri olduğunu bildirib.

“Həmin səbəblərdən biri də həmin dövrdə ərzaq məhsullarına olan tələbatın artması və onlardan daha çox istifadə edilməsidir. Bu da bazarda müəyyən qədər qiymətlərin artmasına səbəb olur. Digər tərəfdən, burada müəyyən sahibkarların da rolu var. Onlar süni şəkildə qiymətləri artırmaq istəyirlər.

Əslində, bayram vaxtı qiymətlər aşağı düşməlidir. Hesab edirəm ki, bu işbazlar müəyyən insafa gəlməlidir”, - deyə komitə sədri bildirib.

O qeyd edib ki, dövlət bazarda qiymətlərin süni qaydada artmasının qarşısını alır və bu istiqamətdə müəyyən tədbirlər həyata keçirir:

“Ancaq bu gün bazar iqtisadiyyatıdır, heç kimi istehsal etdiyi məhsulu aşağı qiymətə satmağa məcbur etmək mümkün olmur. İnsanların özlərində müəyyən qaydada bayramlara münasibət formalaşmalıdır, insanların tələbatının ödənilməsinə qayğı olmalıdır.

Ancaq son müşahidələr deməyə əsas verir ki, bazarda müəyyən ərzaq məhsullarının qiyməti aşağı düşüb. Misal üçün, müxtəlif növ yağ məhsullarının qiyməti enib. Un məmulatlarının qiymətlərinin azalması da müşahidə olunur. Xaricdən idxal olunan məhsulların çoxluğu və ölkədə məhsul istehsalının artması əsas verir ki, bayramda qiymətlər bir o qədər yüksəlməsin”.

Tarix
2023.11.28 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın planı Xəzər dənizinə görə iflasa uğradı - İnanılmaz

Overçuk Azərbaycana gəldi

Azərbaycanda gənc çağırış zamanı şok yaşadı - Video

Burada Əliyev və Putin əsas rol oynayıb - Korotçenko

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla