Yuxarı

300 dollarlıq gömrük limiti endirilir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
300 dollarlıq gömrük limiti endirilir? - Video

Son günlər sosial şəbəkələrdə xaricdən gətirilən malların gömrük limitinin 300 dollardan 150 dollara endiriləcəyi ilə bağlı paylaşımlar edilir. Yayılan bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur?

Axar.az xəbər verir ki, mövzu ilə bağlı danışan ekspert Nicat Manafov gömrük limitinin 300 dollardan aşağı salınmasının heç bir nəticə verməyəcəyini bildirib.

Onun sözlərinə görə, yerli sahibkarla internet üzərindən alış-veriş edənlər arasındakı balansı qorumaq üçün müxtəlif yollar var. O təklif edib ki, ya sahibkarlara da eyni qaydada güzəştlər tətbiq olunmalı, ya da vətəndaşlar da vergi verməlidir.

İqtisadçı Xalid Kərimli isə deyib ki, limitin endirilməsi ilə bağlı gəzən söhbətlər şayiədir.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirilib ki, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir və hazırda bu qərarda hər hansı dəyişiklik yoxdur.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:

Tarix
2023.12.01 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla