Yuxarı

Bakının ən məşhur sarayında çatlar yarandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının ən məşhur sarayında çatlar yarandı

"Gülüstan" sarayının həm arxa, həm də ön hissəsində istinad divarları var. İstinad divarları üzlük daşlarla örtülüb. Həmin divarlarda təxminən 3-5 milli metr ölçüsündə çatlar müşahidə olunub.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksinin sağ tərəfində, Bayıl dərəsi deyilən ərazidəki istinad divarlarında da müəyyən çatlar əmələ gəlib: "Bunlar kiçik ölçülü çatlardır. Ümumilikdə isə elə bir gərgin, qorxulu vəziyyət yoxdur. Qar yağıb, qarın əriməsindən sonra gözləmək lazımdır görək ümumi vəziyyət necə olacaq".

Ə. Qaralov qeyd edib ki, adı çəkilən ərazilərdə daima lokal sürüşmələr baş verib: "Həmin ərazilər sürüşməyə meyllidir. Sonuncu dəfə 2000-ci ilin mart ayında "Əbədi məşəl" kompleksinin qarşısında təxminən 37 metrə yaxın şaquli yatım baş verdi. Böyük bir kütlə oturdu. Neftçilər prospekti tərəfində asfalt örtük qalxmışdı. Qeyd olunan ərazilərdə mütəmadi olaraq müşahidələr aparılır. Hazırda bizim mütəxəssislər tərəfindən müşahidələr davam etdirilir".

Tarix
2016.01.28 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla