Yuxarı

Çavuşoğlu və Ərsoy təltif edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğlu və Ərsoy təltif edildi

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaranmasının 30-cu ildönümü münasibətilə Ankarada yubiley ziyafəti təşkil edilib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, TÜRKSOY rəhbəri, qırğız yazıçısı Sultan Raev Ankarada “Mariot otel”də keçirilən tədbirdə çıxış edərək bildirib ki, türk xalqlarının mədəniyyət, incəsənət və mənəvi dəyərlərinin yaşadılmasında, təbliğində və gələcək nəsillərə ötürülməsində qurumun əvəzsiz xidmətləri var.

Yubiley münasibəti ilə türk dünyasında müxtəlif bayram tədbirləri təşkil olunduğunu xatırladan TÜRKSOY rəhbəri bu çərçivədə quruma töhfələr verən siyasilərə, elm və mədəniyyət adamlarına təşəkkür əlaməti olaraq medallar təsis edildiyini deyib.

Tədbirdə türkdilli xalqlar, o cümlədən Azərbaycana aid mahnı və rəqslər ifa edilib. TÜRKSOY-un yubileyində aktiv fəaliyyət göstərən siyasət, elm, mədəniyyət, qurum və təşkilatların nümayəndələrinə şərəf nişanı və mükafatlar təqdim edilib.

Şərəf nişanı alanlar arasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy və Türkiyənin keçmiş xarici işlər naziri, Antalyadan olan millət vəkili Mövlud Çavuşoğlu da var.

Tarix
2023.12.11 / 23:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla