Yuxarı

Yevlaxda toy qana boyandı: 5 ölü, 3 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yevlaxda toy qana boyandı: 5 ölü, 3 yaralı

23:13

Yevlaxda ağır yol qəzası olub.

Axar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu ərazisində "VAZ" və "Dodge" markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Aran Regional Mərkəzi üzrə xilasediciləri hadisə yerinə cəlb olunub. Nəticədə xilasedicilər "VAZ" markalı avtomobildən 3 nəfərin cəsədini və 1 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:45-də başa çatıb.

00:41

Mingəçevir-Ağdaş yolunun Xaldan ərazisində baş verən ağır yol qəzası ilə bağlı yeni məlumat yayılıb.

Regionxeberleri.com xəbər verir ki, toy karvanında 3 maşın "Niva", "Dodge" (gəlin maşını) markalı və "Vaz 21015" markalı avtomobil toqquşub. Müxbirin verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb amma ölənlərin sayı artmaqdadır. Ölənlərdən 3-nün adı məlum deyil.

Digərlərinin adları:

Orucov Zaur Eldar oğlu 1986 (yaralı)
Orucova Sevinc Oruc qızı 1962 (yaralı)
Mustafayev İlham Tariel oğlu 1986 (dünyasını dəyişib)
Mustafayeva Fərqanə İlham qızı 1966 (dünyasını dəyişib)
Mustafayeva Nigar Eldar 2009 qızı (yaralı)

Hadisə yerindən əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.01.30 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla