Türkiyə ilə bunların inkişafında maraqlıyıq - Mişel
01:40
Ana səhifə Toplum |
Sumqayıtda üstündən avtobus keçən qız sağdır və vəziyyəti stabildir.
Bu barədə Axar.az-a Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasından bildirilib.
Səbilə Babayeva Elşən qızının kəllə-beyin travması ilə dərhal xəstəxanaya çatdırıldığı və hazırda uşağın normal olduğu qeyd edilib.
Qeyd edək ki, hadisə şəhərin Babək prospektində qeydə alınıb. Videodan görünür ki, qız anası ilə yolu keçməyə çalışır. Lakin anasından ayrılaraq qəflətən yolu qaçaraq keçmək istəyir. Bu zaman yalnız sola baxır və sağdan gələn avtobus onu vurur. Onun aldığı xəsarətdən dünyasını dəyişdiyi barədə yayılan xəbər isə doğru deyil.
Tarix
2016.01.30 / 12:02
|
Müəllif
Emil Salamoğlu
|