Yuxarı

Broker açıqlaması yanlış anlaşılıb - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin təmsilçilik, broker və ya səlahiyyətli iqtisadi operatorlarla bağlı açıqlaması yanlış anlaşılıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a bildirilib ki, yanvarın 29-da Dövlət Gömrük Komitəsinin "2015-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirdiyi mətbuat konfransında komitə sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin təmsilçilik, broker və ya səlahiyyətli iqtisadi operatorlarla bağlı açıqlaması bəzi kütləvi informasiya vasitələrində yanlış şərh olunub.

Dövlət Gömrük Komitəsi bildirir ki, broker, təmdilçilik və ya səlahiyyətli iqtisadi operator institutlarının fəaliyyəti xidmət yönümlüdür və institutlar Gömrük Məcəlləsində mövcuddur. Hazırda gömrük sahəsində beynəlxalq statuslu təşkilatlar da bu institutların fəaliyyətini məqbul sayır və inkişaf etdirilməsi ilə bağlı proqramlar həyata keçirir. Bu sahədə ölkəmizdə fəaliyyət göstərən bəzi işbazların yanlış hərəkətləri bu inistutların fəaliyyətinə kölgə salır, ümumilikdə broker vəya səlahiyyətli iqtisadi operator institutlarının ləğvi beynəlxalq gömrük qurumları tərəfindən başa düşülməyə bilər. Bir daha qeyd edirik ki, gömrük brokerlərinin vəzifəsi sahibkarlara gömrük rəsmiləşdirməsi ilə bağlı xidmət göstərməkdən ibarətdir.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin təmsilçilik, broker və ya səlahiyyətli iqtisadi operatorlarla bağlı açıqlamasını aşağıdakı videoda izləyə bilərsiniz.

Tarix
2016.01.30 / 14:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla