Yuxarı

Neftçinin nəşi ailəsinə təhvil verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neftçinin nəşi ailəsinə təhvil verildi

18:50

Fövqaladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə Türkmənistan sahillərində tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilib.

FHN-dən Axar.az-a verilən məlumata görə, 29 yanvar 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

20:28

Bu gün Xəzərin Türkmənistan sahillərində tapılan neftçinin şəxsiyyəti müəyyənləşib.

Axar.az SOCAR-ın saytına istinadən xəbər verir ki, bu 1973-cü il təvəllüdlü Şahmarov Sahib Güloğlan oğludur.

23:32

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçi Sahib Güloğlan oğlu Şahmarovun meyiti tapılıb.

Axar.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb.

Neftçi Sahib Güloğlan oğlu Şahmarovun nəşi Vətənə gətirilmiş və aidiyyəti üzrə təhvil verilib.

Tarix
2016.01.30 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla