Yuxarı

Bakıda bina yandı - Yasamalda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bina yandı - Yasamalda

Paytaxtda yanğın baş verib.

"Axar.az" xəbər verir ki, hazırda paytaxtın Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığında yanğın baş verib.

Ətrafı güclü duman bürüyüb.

"Axar.az"ın hadisə yerində olan müxbiri xəbər verir ki, baş vermiş yanğın Sübhi Salayev küçəsi-17-də yerləşən 1 mərtəbəli həyət evində qeydə alınıb.

Hadisə yerinə FHN-in iki yanğınsöndürmə maşını cəlb edilib və qısa zamanda yanğın tam söndürülüb.
İlkin ehtimala görə, yanğın qısaqapanmadan baş verib. Hadisə zamanı xəsarət alan olmayıb.

Müxbirimiz bildirir ki, Alyona adında qadın anası və qızı ilə birlikdə bu mənzildə yaşayırmış. Hadisə baş verən zaman evdə heç kim olmayıb.

FHN-ə yanğın barədə qonşuların məlumat verdiyi bildirilir.

Tarix
2014.02.04 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla