Yuxarı

“Oğuz” Qrupu daha bir dəyirmi masa keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Oğuz” Qrupu daha bir dəyirmi masa keçirdi

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə "Dini-səmavi mətnlərdə Azərbaycan" mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, tədbiri "Oğuz" MAQ rəhbəri Vüqar Zifəroğlu açıb.

Azərbaycanın zəngin mənəvi dəyərlər sisteminə malik olduğunu bildirən Zifəroğlu bununla əlaqədar dini mətnlərdə istinadlar tapmağın mümkünlüyünü bildirib:

"İstər Tövrat, istər Zəbur, istərsə də İncildə tarixi keçmişimizlə bağlı bu cür qeydlər kifayət qədərdir. İslam dininin müqəddəs kitabı olan Quranda isə Azərbaycanla bağlı olan bir çox maraqlı məqamlar tapmaq mümkündür və tədbirin keçirilməsində də əsas məqsəd məhz bu məqamlara diqqət çəkməkdir".

Tədqiqatçı Ceyhun Bayramlı "Quran ayələrində Azərbaycan və türklük" mövzusunda birliyin hazırladığı slaydın əsasında geniş şəkildə çıxış edib:

"Quran tarixşünaslığına yeni baxış sərgilənməlidir. Qurani-Kərimdə qeyd olunmuş tarixi hadisələrlə bağlı məlumatlar da, bəzi din xadimlərinin fikirlərinin əksinə olaraq, təkcə ərəblərin keçmişini və Ərəbistan yarımadasını deyil, Yer kürəsinin qədim dövr insanları yaşamış bir çox məkanlarını əhatə etməkdədir. Dinimizin müqəddəs kitabında Azərbaycanla bağlı bir sıra qeydlər var".

Tədqiqatçı daha sonra Musa ilə Xızırın görüşdükləri məkan, Quranda adı keçən Ərrəs əhli, Səba eli və Bilqeys qissəsi, Quranda və eləcə də digər səmavi kitablarda adı çəkilən Mədyən eli, Zülqərneyn səddi, Ad qövmü barədə geniş məlumat verərək onların Azərbaycanla bağlılığına diqqət çəkib.

Tarix
2016.02.01 / 09:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla