Yuxarı

Yol polisi sürücülərə xəbərdarlıq etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisi sürücülərə xəbərdarlıq etdi - Video

Qarlı şaxtalı hava şəraiti hələ də davam etdiyindən Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə avtomobil yollarında ehtiyatlı olmağı tövsiyyə edib.

Yol polisi hesab edir ki, belə hava şəraitində sürücülər şəxsi nəqliyyat vasitələrindən deyil, daha çox ictimaii nəqliyyatdan istifadə etməlidir. Yox əgər ictimai deyil, şəxsi nəqliyyata üstünlük verənlər varsa, onda qarlı buzlu yollar üçün təhlükəsizlik tədbirlərini həyata keçirməlidirlər.

BŞDYP-nin şöbə rəisi, Vaqif Əsədov: "Maşınların təkərləri dəyişilməli, qış şinləri olmalıdır. Bundan əlavə, zəncirlərdən istifadə olunmalıdır. Piyadalar da onlar üçün ayrılmış zolaqlardan istifadə etməlidir, çünki istənilən anda istənilən avtomobil sürüşüb piyadaya dəyib qəza törədə bilər".

Şöbə rəisi deyir ki, mütəmadi maarifləndirmə işlərinin aparılmasına baxmayaraq qarlı hava şəraitində qəzaların sayı adı günlərlə müqayisədə artır. Elə qəza hallarının baş verməsinə şərait yaratmamaq üçün paytaxtdan bölgələrə hərəkət edən sərnişin avtobusları da zəruri tədbirlər görməli, yola çıxmazdan öncə Respublika Dövlət Yol Polis İdarəsinin qaynar xəttindən respublika daxilindəki əsas magistral yollar haqda məlumat almalıdırlar. Yeri gəlmişkən, respublikanın əsas magistral yollarının bu gecə buz bağlayacağı proqnozlaşdırılır. (ANS)

Tarix
2014.02.04 / 20:30
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla