Yuxarı

“Misli”nin sponsorluğu ilə Peşəkar İntellekt Liqası yekunlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Misli”nin sponsorluğu ilə Peşəkar İntellekt Liqası yekunlaşdı

Azərbaycanın qanuni lotereya və idman mərc oyunları operatoru Azərlotereya ASC-nin “Misli” brendi korporativ sosial məsuliyyət çərçivəsində hər zaman ölkədə elm və təhsilin tərəqqisinə, gənc nəslin intellektual inkişafına töhfə verən, onların asudə vaxtlarının səmərəli keçirilməsinə kömək edən daha bir tədbirə dəstək olub. “Misli”nin sponsorluğu ilə intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasının (PİL) final mərhələsi keçirilib.

İllərdir ki, həyata keçirilən PİL bu ildən “Misli”nin dəstəyi ilə davam edib. Məqsəd intellektual oyunlar hərəkatına dəstək göstərmək, gənclərdə elm və təhsilə marağı artırmaq, onların dünya görüşünün genişləndirilməsinə, rəqabətli mühitin yaradılmasına nail olmaq, eləcə də Azərbaycan tarixi və mədəniyyətini gənc nəsilə aşılamaqdır.

Fevral-dekabr ayları ərzində ümumilikdə 23 turnir təşkil edilib, 50-dən artıq müxtəlif komanda qatılıb. Hər həftə 400 nəfərdən artıq şəxs oyunlardan yararlanıb. İl ərzində isə 8500-dən artıq şəxs bu oyunlarda iştirak edib. Finalda 24 komanda mübarizə aparıb.

Sonda 1-ci yer “Santa Klara”, 2-ci yer “Avangard”, 3-cü yerə isə “Nirvana” komandası layiq görülüb. Qalib komandalara qiymətli hədiyyələr və pul mükafatı təqdim olunub.

“Azərlotereya” bundan sonra idmanın inkişafı istiqamətində ölkə əhəmiyyətli tədbirlərin təşkilində yaxından iştirak etməyə davam edəcək.

Tarix
2023.12.25 / 14:28
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla