Yuxarı

Şuraya nə qədər layihə verilib? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuraya nə qədər layihə verilib? - Açıqlama

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il üçün elan etdiyi birinci maliyyə müsabiqəsinə 660 QHT-dən layihə daxil olub.

Bu barədə Turkustan.info-ya açıqlamasında Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirib.

Onun sözlərinə görə, hazırda müsabiqə üzrə daxil olan bütün layihələr texniki seleksiyadan keçirilir: "Şura bu prosesi tezliklə başa vurub qarşıdakı günlərdə layihələrin çoxmərhələli ekspertiza və qiymətləndirmə mərhələsi üçün zəruri olan işlərə başlayacaq. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndiriləcək".

Layihələrin dəyərələndirilməsi başa çatdıqdan sonra ekspertlərin layihələrə verdikləri balların ictimaiyyətə elan olunması da nəzərdə tutulur.

Müsabiqənin nəticələri isə 2016-cı il martın 10-dan sonra elan olunacaq.

Tarix
2016.02.02 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla