Yuxarı

Marketdən 16 min oğurlayanlar tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marketdən 16 min oğurlayanlar tutuldu

Göygöldə marketdən oğurluq edən şəxslər saxlanılıb.

Kəpəz TV xəbər verir ki, Naxçıvandan olan həmin şəxslər marketdən 16 min manatdan çox nağd pul, 2 min manat dəyərində müxtəlif danışıq kartları oğurlamaqda şübhəli bilinirlər.

Ötən il dekabrın 20-dən 21-nə keçən gecə Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən marketlərdən birindən oğurluq edilib. Obyekt sahibi isə oğurluqdan səhər saatlarında xəbər tutub. Marketi açmağa gələn sahibkar seyfdə olan külli miqdarda nağd pul və müxtəlif danışıq kartlarının oğurlandığını görüb.

Dərhal hadisə yerinə cəlb olunan asayiş keşikçiləri ilkin istintaq-əməliyyat tədbirlərinə başlayıb. Göygöl rayon Polis şöbəsi və Naxçıvan Muxtar Repsublikası Daxili İşlər Nazirliyi əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan sakinləri 22 yaşlı Sultan Sultanlı və onun həmyaşıdı Asim İsmayılov saxlanılıb.

Saxlanılan hər iki gənc törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, marketə damdan daxil olublar. Seyfi isə özləri ilə götürdükləri dəmir parçası ilə açıblar. Əldə etdikləri pulla Gürcüstanda bir neçə gün istirahət etdikdən sonra ölkəyə qayıdıblar.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, istintaq aparılır.

Tarix
2016.02.02 / 21:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla