Yuxarı

Fonda müraciət edənlərin sayı 300 mini ötdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fonda müraciət edənlərin sayı 300 mini ötdü

"Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" elektron xidməti üzrə ötən il 314 mindən çox istifadə sayı qeydə alınıb.

Dövlət Sosial Müdafiə Fondundan Axar.az-a verilən məlumata görə, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir.

Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarında fəaliyyət göstərən "Yardım masaları"nın xidmətindən yararlanmaqla, öz hesabatlarını elektron formada təqdim edirlər. Bu xidmət sığortaedənlərlə Dövlət Sosial Müdafiə Fondunun orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaratmaqla, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.

Qeyd edək ki, "Elektron hökumət" portalının statistikasına əsasən, Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ildə Fondun öz saytı, "Elektron Hökumət" portalı və "Hökumət ödəniş portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2,7 milyondan artıq istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Tarix
2016.02.05 / 12:22
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla