Yuxarı

AZAL-dan bilet qıtlığı ilə bağlı – Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL-dan bilet qıtlığı ilə bağlı – Açıqlama

Mətbuatda yayılan xəbərlərdən sonra AZAL araşdırmalara başlayıb.

Bu sözləri Axar.az-a Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, Naxçıvan üzrə uçuşlarda bilet qıtlığı yoxdur:

"Naxçıvana uçan təyyarələrdə heç bir problem yoxdur. Hətta hər təyyarədə boş yerlər olur. Biletin qiyməti 50 manatdır və bilet çatışmazlığından söhbət belə gedə bilməz. Bilirsiniz ki, Naxçıvan üzrə biletlər təkcə şəxsiyyət vəsiqəsi ilə satılır. Buna görə də ola bilsin ki, kimsə bileti alıb baha qiymətə satsın. Mətbuatda yayılan xəbərlərdən sonra AZAL araşdırmalara başlayıb".

Xatırladaq ki, mətbuatda son günlər Naxçıvana gedən sərnişinlərin süni qiymət artımı ilə üzləşməsi haqda məlumatlar yayılıb.

Sərnişinlərin verdiyi məlumata görə, 50 manatlıq bilet tapmaq indi çox çətindir. Bəzi işbazlar isə həmin biletləri hava limanındakı sərnişinlərə 100 manata təklif edir. Onlar Naxçıvana bilet tapmayanların şəxsiyyət vəsiqəsinin fotoşəklini telefonla çəkir və 15 dəqiqədən sonra bilet gətirib verirlər.

Tarix
2016.02.05 / 16:34
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla