Yuxarı

Bakıda güclü partlayış: ölən və yaralananlar var - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:55

7-ci mikrorayon ərazisində güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə olub.

Partlayışın ardınca ərazidən qatı tüstü qalxıb.

***

Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

***

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

TƏBİB-dən bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

***

Rəsmi olmayan informasiyalara görə, Bakıda sexdə partlayış nəticəsində ölən və xəsarət alanlar var.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Hazırda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

***

Dağıntılar altında qalan şəxslərin axtarışı üçün əraziyə itlər cəlb olunub.

***

TƏBİB yanğın nəticəsində 3 nəfərin öldüyünü, 24 nəfərin yaralandığını açıqlayıb.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş yanğın-partlayış hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

FHN-dən bildirilib ki, xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib.

Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

***

FHN-dən bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında bildirib ki, 11:50-də yanğınla bağlı siqnal daxil olub, 6 dəqiqədən sonra ilk yanğın bölmələri hadisə yerinə çatıb:

“Nəticədə ümumi sahəsi 13 min kvadrat metr olan istehsalat sexlərinin 2750 kvadratmetri sahəsi dağıntılara məruz qalıb. Hazırda yanğın tam söndürülüb".

Tarix
2024.01.15 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

"Medera" yeni qalmaqalda: rəhbərinə 25 minlik cərimə...

Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi

Azərbaycanla Somali arasında məsləhətləşmələr aparıldı

İnam Kərimov Keniyada Koomeninlə görüşdü

Prezidentin xüsusi nümayəndələrinin sayı artdı

Azərbaycanda bu iki nazir postu boşdur

Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb

Muxtar Babayev vəzifəsindən azad edildi

Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla