Yuxarı

Salyanda 8 otaqlı ev yandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salyanda 8 otaqlı ev yandı

Bu səhər ölkə daxilində 3 yanğın hadisəsi baş verib.

Ağsu şəhərində vətəndaşa məxsus ümumi sahəsi 85 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və evə bitişik talvar 35 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

"Axar.az" FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yanğın saat 04:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qazax şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan sexin yanar konstruksiyaları yanıb. Sexə bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 04:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Salyan şəhərində də vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində aynabəndin tavanı 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Tarix
2014.02.06 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

Saleh Səmədovun məhkəməsi: Özünü təqsirli bildi

Beqaydan Əliyevə: Bunu sizə çatdırmaqdan şərəf duyuram

Ramiz Mehdiyevlə bağlı yeni qərar verildi

Vuçiç Zakir Həsənovla görüşdü

Bakı onlar üçün vizasız rejim tətbiq etmək istəyir

Azərbaycan və Yaponiya XİN rəhbərləri görüşdü

Eynulla Fətullayev saytını neçəyə satıb? - Fantastik rəqəm

İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi

Hər dəfə Tramp və Bibi “dalaşanda” İrana zərbə endirilir

Rəhman Mustafayev Mixail Qaluzinlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla