Yuxarı

Azərbaycanda daha bir şəhər salınır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda daha bir şəhər salınır

Böyük Bakının Regional İnkişaf Planının layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

Axar.az xəbər verir ki, bu haqda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov məlumat verib.

O, Modern.az-a açıqlamasında "Bakının Baş Planı" olan bu layihədə müasir və yüksək həyat səviyyəsi, tarazlı inkişafın əldə edilməsi, davamlılıq prinsiplərinin tətbiqinin nəzərdə tutulduğunu deyib:

"Layihənin istinad tarixi 1 yanvar 2011-ci il götürülməklə hesabat müddəti 2030-cu il qəbul edilib. Nəzərdə tutulmuş işlərin icrası layihə təsdiq olunduqdan sonra planlaşdırılır".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, layihəyə uyğun olaraq, Pirallahı qəsəbəsində turizm kompleksinin yaradılması, paytaxtın bir sıra sənaye müəssisələrinin əhali sıxlığı çox kiçik olan Qaradağ rayonuna köçürülməsi, Ələt qəsəbəsinin şəhərə çevrilməsi, burada yaşayış massivlərinin salınması və əhalinin məşğulluğu istiqamətində tədbirlərin görülməsi, digər işlərin reallaşdırılması nəzərdə tutulub. Bundan əlavə, neft-kimya sənayesi şəhəri sayılan Sumqayıtdan da bəzi sənaye obyektlərinin çıxarılması planlaşdırılıb.

Bakı şəhərinin "Sovetski" adlanan ərazisindəki köhnə evlərin sökülməsindən sonra heç bir tikinti işlərinin aparılmayacağı, yalnız yaşıllıq və abadlıq işlərinin görüləcəyi bildirilib.

Həmçinin, paytaxtın mərkəzi hissəsindən iri obyektlərin şəhərdən kənara köçürülməsi və ərazinin abadlaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.

Yeni Baş Plan - Böyük Bakının Regional İnkişaf Planı isə 2030-cu ilədək dövrü əhatə etməlidir. Layihə 4 hissədən ibarətdir.

Tarix
2016.02.12 / 14:05
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla