Yuxarı

Mövqeyimiz atəşə tutuldu, hərbçimiz yaralandı - Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mövqeyimiz atəşə tutuldu, hərbçimiz yaralandı - Anbaan video

Fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

Axar.az xəbər verir ki, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Tarix
2024.02.12 / 17:33
Müəllif
Axar.az
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla