Yuxarı

Yazıçı Anar qızının 110 minlik maşınından danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yazıçı Anar  qızının 110 minlik maşınından danışdı

"Qızımın maşını var. Ancaq 110 min manat nədir? Onu deyənlərin başı xarabdır".

Bu sözləri "Axar.az"a açıqlamasında Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev, qızı Günel Anarqızının 110 min manatlıq maşın sürməsi ilə bağlı xəbər saytlarında və sosial şəbəkərlərdə yazılanlara münasibət bildirərkən dedi. Xalq Yazıçısı qızının maşın sürməsi xəbərini təsdiqləsə də, iddia edilən maşının qızına aid olmasını inkar etdi:

"100 min manatlıq maşın nədir? Yox bir, 200 min. Qızımın maşını var, amma onun qiyməti heç 50 min də deyil, 30 min də deyil."

"Maşının markası nədir, nömrəsi neçədir?" sualına isə yazıçı belə cavab verdi:

"Maşının markasını bilmirəm. Heç nömrəsi də yadımda qalmayıb. Belə axmaq məsələlərlə bağlı niyə mənə müraciət edirsiniz? Hansısa axmaq adamlardır mənim haqqımda yazırlar, özlərindən uydururlar".

Tarix
2013.10.31 / 13:21
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla