Yuxarı

Direktor müəllimlərin küçə təmizlədiklərini etiraf etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Direktor müəllimlərin küçə təmizlədiklərini etiraf etdi

"Axar.az"ın elektron poçtuna Sumqayıt məktəblərindəki durumla bağlı oxucu məktubu gəlib. Məktubda qeyd edilir ki, 5 saylı məktəbin müəllim kollektivi 34-cü məhəllədə yerləşən ərazini qardan təmizləyiblər.

Məsələni dəqiqləşdirmək üçün Sumqayıt şəhər 5 saylı orta məktəbin direktoru Bəşir Şəfiyevlə əlaqə saxladıq. Məktəb direktoru əvvəlcə bu xəbər barədə məlumatlı olmadığını desə də, sonra bunları dedi:

"Müəllim həyəti təmizləyirsə, bu o demək deyil ki, müəllim küçə təmizləyir. Məktəbin həyətini müəllimlərlə təmizləmişik. Bu, vəzifə borcumuzdur. Oranı xadimələrlə, işçilərlə birlikdə özümüz təmizləmişik. Əlbəttə, müəllimlər də olub. Müəllim öz ayağının altını təmizləyir də. Bəs kim təmizləməlidir?"

Xatırladaq ki, dünən sosial şəbəkədə Sumqayıt şəhər 39 saylı orta məktəbin müəllim kollektivinin küçədə qar təmizlədikləri yerdə şəkilləri yayılmışdı.

Tarix
2014.02.06 / 13:29
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla