Yuxarı

"Azercell"in dəstəklədiyi məktəblilər medal qazandırlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell"in dəstəklədiyi məktəblilər medal qazandırlar

Şagirdlərimiz “InfO(1)Cup” proqramlaşdırma müsabiqəsində uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal əldə ediblər

9-18 fevral 2024-cü il tarixində Rumıniya Respublikasında məktəblilərin VIII InfO(1)Cup proqramlaşdırma müsabiqəsi baş tutub. Yarış onlayn formatda keçirilib. 13 ölkədən 135 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada "Azercell"in dəstəklədiyi gənclər uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar.

Akademik Z.Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli bürünc medala layiq görülüblər. Qeyd edək ki, bu, sözügedən yarışda məktəblilərimizin qazandığı ilk qızıl medaldır. Bu günə kimi məktəblilərimiz həmin müsabiqədən 3 gümüş, 3 bürünc medal qazanıblar.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən "Azercell" Telekom MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər.

Tarix
2024.02.22 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla