Yuxarı

Qarabağ Universiteti ilə bağlı mühüm görüş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ Universiteti ilə bağlı mühüm görüş

STEAM İnnovasiya Mərkəzində Qarabağ Universiteti ilə bağlı görüş keçirilib.

Elm və Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları, xaricdə yaşayan azərbaycanlı alimlər və digər qonaqlar iştirak ediblər.

Görüşdə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, ixtisaslar barədə təqdimat nümayiş etdirilib, həmçinin universitetdə görülən işlər, hədəflər və gələcək planlar barədə məlumat verilib.

Görüş çərçivəsində universitetdə yerli və beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə edilib. Qeyd olunub ki, Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması və regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi dövlət başçısı tərəfindən qarşıya məqsəd kimi qoyulub.

Görüş iştirakçıları universitetin fəaliyyətinə dair tövsiyələrini bölüşüb, Qarabağın hər zaman ziyalılar yetişdirdiyini və hazırda görülən işlərin də bu ənənənin davamı olduğunu vurğulayıblar.

Görüşdə universitetin təhsilalanları və akedemik heyəti üçün fərqli, müasir mühitin formalaşdırılması, universitet kampusunda bütün xidmətlərin verilməsi, həmçinin elmi-tədqiqata əsaslanan yaradıcı layihələrin dəstəkləndiyi ekosistemin qurulmasına dair geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.

Tarix
2024.02.22 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla