Yuxarı

Sabirabadda 42 yaşlı kişi atasını öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabirabadda 42 yaşlı kişi atasını öldürdü

Fevralın 24-də Sabirabad rayon sakini 1953-cü il təvəllüdlü Mirtahir Səmədovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon prokurorluğundan Axar.az-a bildirilib ki, ilkin araşdırma zamanı 1982-ci il təvəllüdlü Xəyyam Səmədovun fevralın 23-də Sabirabad şəhəri H.Həmidov küçəsi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı atası Mirtahir Səmədovun baş və bədəninin müxtəlif nahiyələrinə müxtəlif predmetlərlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Xəyyam Səmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Tarix
2024.02.25 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla