Yuxarı

Bakıda binanın uçması ilə bağlı iki nəfər həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda binanın uçması ilə bağlı iki nəfər həbs edildi

Bakıda söküntü işlərini həyata keçirən şirkətin rəhbəri və əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə "Axar.az"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Xəbər verildiyi kimi, yanvarın 25-də paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçulması nəticəsində iki nəfərin ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdı.

Aparılmış istintaqla söküntü işlərini həyata keçirən "Araz-2011A" MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları" və "Tikintidə təhlükəsizlik texnikası" norma və qaydalarının tələblərini pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı şəhər prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, yanvarın 25-də Bakı şəhəri, Nərimanov rayonunda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina dağılmışdı. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bina uçularaq dağıntıları yaxınlıqda olan avtomobilin üzərinə tökülüb. Nəticədə 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat ediblər.

Tarix
2014.02.06 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla