Yuxarı

Vağzalda hansı yeniliklər olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vağzalda hansı yeniliklər olacaq?

Sərnişinlər Vay-Fay sistemindən istifadə edə biləcəklər.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Azərtac-a müsahibəsində deyib.

Qurum rəsmisinin sözlərinə görə, Bakı sərnişin vağzalında bir sıra yeniliklər olacaq:

"Ötən ilin mart ayında dəmir yolu vağzalında yenidənqurma işlərinə start verilib. Vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərti ilə yenidən qurulur. Hazırda vağzal binasının fasadının üzlənməsi həyata keçirilir. Əsaslı təmir işləri 2016-cı ilin ikinci yarısında başa çatacaq. Vağzalda bilet kassaları, saxlama kameraları, ana və uşaq otağı, kafelər, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar və liftlər yenisi ilə əvəzlənir. Sərnişinlər Vay-Fay sistemindən istifadə edə biləcəklər. Vağzalda suvenirlər, güllər satılacaq. Bir sözlə vağzala daxil olduqda əsl qarşılanma və yolasalma – vağzal aurası olacaq. Qeyd edim ki, hazırda platformalarda da işlər gedir. İşlər yekunlaşdıqdan sonra sərnişinlər elektrik qatarlarından düşüb birbaşa "28 May" metro stansiyasına çıxış əldə edə biləcəklər".

Tarix
2016.02.18 / 15:37
Müəllif
0
Digər xəbərlər

Ayda 16 manat ödəyəcək “işləyən işsizlər” kimlərdir?

Azərbaycanla ABŞ-ın bu fəaliyyəti hələ yeni başlayır

Samirə Əfəndi: Qazaxıstanda məni öldürüb atsaydılar... - Video

Xələf Xələfov Hakan Fidanla görüşdü

Vardanyanın məhkəməsi: onların ifadələri dinlənildi

30 təşkilat azərbaycanlı məhbuslara görə bəyanat yaydı

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşdü

İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi...

Azərbaycan-Gürcüstan birgə şirkəti bu tenderdən kənarlaşdırıldı

ABŞ Azərbaycan qazının satılmasının qarşısını alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla