Yuxarı

Böyükağa Panəliyev təqaüdə göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyükağa Panəliyev təqaüdə göndərildi

Qarabağ müharibəsi veteranı olan prokurorluq işçisi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, martın 4-də Baş prokurorun müavini Heydər Məmmədov prokurorluqda qulluqda olmanın son yaş həddinə çatdığına görə qulluq keçməsinə xitam verilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Böyükağa Panəliyevi qəbul edərək ona Baş prokuror Kamran Əliyevin əmri ilə təltif olunduğu “Prokurorluğun fəxri işçisi” döş nişanını və hədiyyə təqdim edib.

Görüş zamanı çıxış edən Baş prokurorun müavini birinci Qarabağ Müharibəsi Veteranı olan Böyükağa Panəliyevin prokurorluq orqanların keçdiyi uzunmüddətli xidmət illərinə nəzər salaraq, 1993-cü ildə Qubadlı rayon prokurorluğunun əməkdaşı kimi xidməti vəzifələrinin icrası zamanı cinayətkar dəstənin fəaliyyətinin qarşısını alarkən ağır yaralanmasına baxmayaraq, prokurorluq orqanlarında səmərəli fəaliyyətini davam etdirdiyini, cinayətkarlığa qarşı mübarizədə, habelə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində böyük töhfələr verdiyini qeyd edib, fədakar fəaliyyətinə görə ona minnətdarlığını bildirib.

Görüş zamanı həmçinin digər tədbir iştirakçıları Böyükağa Panəliyevlə bağlı xoş xatirələrini bölüşüb, ona uğurlar arzulayıb.

Sonda xatirə şəkli çəkilib.

Tarix
2024.03.04 / 15:41
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla